Biznes ideyası olan tələbə nə etməlidir?

0
3302
biznes ideyası

Biznesi necə qurum ? Risk edə bilərəmmi? Gəlir əldə edə bilərəm?

Bu suallar hər bir biznese başlamaq istəyən gəncləri maraqlandıran suallardı. Məqaləmdə bu suallara cavab tapacağınıza ümid edirəm. Gəlin başlayaq.

Bəli bu günün reallığında biznes qurmaq bacarıq, əzm, güc, iradə və bir qədərdə maliyyə tələb edir. Dediyim kimi bu bəndlərdən biri olmasa sənin biznes qurmağın çox çətin olacaq. Çünki bunlar birmənalı olaraq biznesin təməl daşlarıdır.
Bunlar olduqdan sonra artıq biznesə başlamaq üçün təməl addımları atmaq mümkündür və çoxları bunu edib. Axı sən niyə etməyəsən?!

Bu gün biznes qurmaq istəyənlərin çoxusu maliyyə cəhətdən çətinlik çəkir amma praktiki misal mənim tanışlarım vardır ki, cibində 10 manat, bəli, bəli, cəmi  10 manatı olduğu halda geyim mağazasını açmağı bacarmışdı. Yəni əsas məsələ əzm, güc və iradədir.

Ola bilər biznesin ilk aylarda zərərlə işləsin, amma qətiyyən əl çəkməməlisən,  səbirli olmalısan. Biznes quracağımız real sahələr var,  sadəcə düzgün vaxt, düzgün strategiya və planlama ilə özünüzə biznes qura bilərsiniz

Ümumilikdə biznes quran tələbə (daha çox kiçik sahibkar deyək) hansı üstünlüklərə malikdir:
1) Evdən heç bir maddi yardım almır.
2) İstədiyi əmtəəni asanlıqla əldə edə bilir.
3) Öz biznesini daha da böyüdəcək şansları yaranır. Bəlkə də gələcəyin milyoneri olmaq yolunda kiçik addımlarını atır.

Gənclər üçün uğurlu biznes hansı sahə ola bilər?

Qloballaşan dünyamızda informasiya texnologiyaları (İT) sahəsinin rolu danılmazdır. Artıq dünyada bu növ üzrə öz biznesini quranları saymaq çox çətinləşib. Məsələn, “Facebook”un  yaradıcısı Mark milyonlara sahibdir və o nəsə qeyri-adi bir şey etməyib. O sadəcə  sosial şəbəkə yaradıb. Halbuki  bu saniyə bütün dünya öz fəaliyyətini məhz “Facebook” üzərində qurur və çoxlu sayda kommersiya təşkilatı öz reklamlarını məhs “Facebook”  vasitəsi ilə müştərilərinə çatdırır. Baxın  bir proqram bir günə milyonlarla dollar gəlir əldə edir. Bu ki, fantastikadır.

Bu sahədə əsas məsələ kreativ ideyadır, gəliri İT sahəsi üzrə qurmaq istəyənlər innovativ bir layihə ilə bazara daxil olmalıdır. Bu sahəyə marağı olan gənclər dayanmadan araşdırma aparıb yeni nə kəşf edə biləcəklərini düşünməlidirlər. Azərbaycanda bu sahə çox zəif inkişaf edib, bəlkə də yox səviyyəsinədir. Mobil oyunlar, proqramlar, sosial şəbəkələr və s. bizim ölkədə tanıtmaq və fəaliyyətini yaymaq çox rahatdır.

Mütəxəssislər yaxın gələcəkdə Azərbaycanda İT sahəsində sıçrayışın baş verəcəyini bildirir. Eyni zamanda dövlətdə İT sahəsində olan layihələrə dəstək göstərməkdə maraqlıdır. Buna görə də bu an üçün ən uğurlu və gəlirli sahə İT-dir. Mənim bir neçə tanıdığım insan İT sahəsində startapları ilə uğurlu bizneslər qurmağı bacarıb. Azərbaycan da inkşafda olan startaplarda İT istiqamətində layihələrə geniş önəm verir.

Yaxşı tutalım sizin ideyanız var nə edəcəyinizi bilmirsiz?

İlk öncə bazarı araşdırırsız, təklif etdiyiniz ideya nə dərəcədə uğurlu ola bilər, kütlə bunu maraqla qarşılayarmı və s. suallara cavab tapırsız. Daha sonra ideyanı layihə formasında yazırsız ( Biznes Plan).

Sonrakı mərhələdə araşdırma aparıb bu layihənin nə qədər məbləğə başa gələ biləcəyini öyrənirsiz. Əsas məqam ondan ibarətdir ki, hər şeyi detallı hazırladıqdan sonra layihənizə investisiya yatıra biləcək investor axtarışına çıxırsız. İdeyanızın oğurlanma ehtimalı da çoxdur. Bunun üçün ilk öncə layihəni öz adınıza patentləşdirin. Əvvəl qeyd etdiyim kimi bu sahə Azərbaycanda yenidir və bunu tanıtmaq çox rahatdır investorları inandıra bilsəz və layihənizə dəstək ala bilsəz layihənizə yaşıl işıqdır.

Bəs investoru necə inandıraq ?

İlk öncə bu layihənin nə dərəcə real olmasından asılıdır. Çalışın gündəmdə olan və təlabatı qarşılaya biləcək bir layihə ilə çıxış edin. Daha sonra layihənin investora nə qazandıra biləciyini açıqlayın. Bu mövzuda öz fantaziyanız da kömək ola bilər.

Mən investoru razı saldım və o mənə maliyyə ayırmağa razı oldu. Sonra nə edim?

Yaxşı sualdır. İlk öncə bu sahədə bacarığı olan kreativ,  İT bilikləri olan gəncləri ətrafınıza toplayırsız. Onlara layihəni bütöv şəkildə izah edirsiz. Məqsəd, hədəf və nəticə haqda məlumat verirsiz, bir gənc CEO olaraq onları ruhlandırırsız ki, əzimlə çalışsınlar. Daha sonra icra planına uyğun olaraq layihəni irəliyə aparırsız.

Ən əsası layihənin reklam strategiyasına diqqət yetirin. Onun bazarda davamlı olması üçün daimi yeniliklər və əlavə tədbiqlər hazırlamalı olacaqsız. Layihənin biznes planını yazarkən əsas bənd kimi onun reklam strategiyasına önəm verin, investora əsas bu maraqlı olacaq). Buna görə ətrafınıza kreativ düşüncəli insanları cəlb edin.

Bununla yanaşı dövlətin yaratdığı müxtəlif fondlar vasitəsi ilə də siz layihələrinizi gerçəkləşdirə bilərsiz. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu hər il Qrant müsabiqəsi elan edir. Fondun saytına daxil olub qeydiyyatdan keçib müvafiq bölmələri doldurun və layihənizin biznes planını və büdcəsinin fondun saytı vasitəsi ilə müsabiqəyə göndərin. Fondun ayırdığı qrant vasitəsi ilə layihənizin icrasına başlayırsız. Onu da əlavə edim ki, fond ayırdığı qrantı geri tələb etmir. Bu sizin üçün çox unikal bir şans olar.

Bir kiçik tövsiyəm də olacaq. Çalışın idarəetməyədə diqqət yetirin, bu istiqamətdə kitablar oxuyun. İdarəetmə qabiliyyətiniz zəifdirsə heç bu işə daxil olmayın, bata bilərsiz .

Son olaraq qeyd edə bilərəm ki, tələbəlik illərində qurulmuş biznes daha uğurlu sayıla bilər çünki uğursuzluqla nəticələnsə belə tələbəsiniz deyə heç kim sizə heç nə deməyəcək.

Hidayət Kərimov