Biraz fədakarlıq, biraz cəsarət: Plazadan fermaya qədər davam edən bir təşəbbüskarlıq hekayəsi

1
1669

Əksəriyyətimiz radikal qərarlar almaqdan çəkinirik. Özəlliklə stabil bir yaşamımız varkən bədbəxt olarsaq həyatımız pis olar və uğursuz olarıq qorxusu ilə xəyallarımızı gerçəkləşdirmək uğrunda addım atmırıq. Halbuki, baş mühasib vəzifəsindən imtina edib 3 ədəd inək ilə iş quran bu təşəbbüskarın hekayəsi bizə biraz fədakarlıq və cəsarət ilə xəyallarımıza çata biləcəyimizi göstərir.

Aylıq gəliri 4500 dollar (təxminən 8 min manat) olan təşəbbüskar özünün müəllifi olduğu iş sisteminin qurması xəyalları ilə illərlə yaşayıb.

Aylar, hətta illərlə davam edən bir bazar araşdırması edərək təsis edə biləcəyi yeri müəyyən edir. Hətta etmək istədiyini daha əvvəl etmiş və uğurlu olmuş insanları ilə əlaqəyə keçib onlardan məlumat alır. Heyvanların baxımı, bəslənməsi, xüsusiyyətləri və saxlanma şəraiti haqqında məlumatları öyrənir.

“İllərlə oxudum, araşdırdım, gəzdim, öyrəndim, indi öyrəndiklərimdən yaxşı və ya  pis bir tədarük və satış şəbəkəsi qurdum, mənə görə qurduğum iş çox gözəl işləyir”

İş qurmağın bəlkə də ən çətin tərəfi olan investisiyanı tapmaq üçün 4 il boyunca qazancının 70 faizini ehtiyat kimi yığır.

Qazancının 70 faizini yığmaq üçün həyat standartlarından böyük fədakarlıqlar etməsi mütləqdir təbii ki. 4 il boyunca minimum standartlarla yaşayan təşəbbüskar evini və maşınını da sataraq  260 min dollar investisiya toplayır.

 

Səmərəli və südverən cinsdən aldığı 3 inək ilə işə başlayan təşəbbüskar ilk ayın çox çətin olduğunu və altı-yeddi ay boyunca öz ehtiyatından dolanmaq məcburiyyətində qaldığını deyir.

İnəkləri hardan alacağı araşdırmaları onu Türkiyədən uzaqlaşdırır və axtardığı inəkləri Antwerp şəhərində (Belçika) tapır. Başlanğıc üçün 20 inək almağı fikirləşsə də səmərəli və südverən cinsdən olan inəklərin bahalı olması səbəbi ilə 3 ədəd ala bilir. Ancaq özünün verdiyi qərardan heç peşman deyil, inəklərin heçbirindən 30 kq-dan az süd almadığını deyir.

İlk 8-9 ay boyunca zərər etdiyi üçün baş mühasib işindən ayrılmır.

10 ay sonra, ehtiyatları tükənəndə fermasında 13 inək olur. 12 ayın sonunda isə gəlir və xərcləri qarşılaşdırır, satış kanallarını dəqiqləşdirir. Burada iş əlaqələrinin çox önəmli olduğunu görən təşəbbüskarın sizlər üçün kiçik qeydləri var:
“Nə olsanız olun, nə iş edərsiniz edin, əlaqələrə hər zaman çox önəm verin. Heç kimsə olun amma yalnız olmayın, mütləq yaxşı əlaqələriniz olsun. Həyatdakı hər addımınızda bunun qatqısını hiss edəcəksiniz.”

İkinci ilinin əvvəlində mənfəət əldə etməyə başlayır və işindən istefa edir.

Bütün enerjisini və motivasiyasını öz müəssisəsi üçün xərcləməyə başlayır və bir müddət boyunca qazandığını yalnızca şəxsi ehtiyacları üçün xərcləyib qalan pulu işinə yatırır. Kredit alaraq inək sayını artırır.

2009-cu ildə bu işə girməyi düşünən təşəbbüskar xəyalını qurduqdan sadəcə 6-7 il sonra Sütaş və Yörsan kimi böyük firmalara podraçtılıq etməyə başlayacaq qədər uğura çatır.

Hal hazırda aylıq qazancı  2 min ilə 3 min dollar arasındadır amma sahib olduğu sevinc  hərşeyə dəyər.

“Ticarətdən qorxmayın, əlaqələrinizi genişləndirin və bazara çıxın.”

İlkin Mirzəzadə, Bizplus.az

1 COMMENT