Bezos 10 min il çalışacaq nəhəng saat qurur

0
582

“Amazon”un yaradıcısı, dünyanın ən zəngin adamı olan Ceff Bezos insanın müdaxiləsi olmadan 10 min il işləyəcək mexaniki saatın (10000 YearsClock) montajına başlandığını açıqlayıb.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb və video yerləşdirib. C. Bezos bildirib ki, konstruksiyanın hündürlüyü 152,4 metr təşkil edir, hər şey mexanikidir. Saat gündüz və gecə temperatur tsiklləri vasitəsilə hərəkətə gəlir.

Saatın qurulması 42 milyon dollara başa gələcək. Tikinti Texasın qərbində, dağın dərinliyində aparılır. Montajın nə vaxt başa çatacağı hələlik məlum deyil. Hər şey hazır olduqdan sonra qurğu insanlara, o cümlədən turistlərə nümayiş etdiriləcək.

C. Bezos 2011-ci ildə bu layihə barədə belə demişdi: “On min il ərzində Birləşmiş Ştatlar mövcud olmayacaq. Müxtəlif sivilizasiyalar inkişaf və tənəzzül edəcək. Yeni idarəetmə sistemləri kəşf olunacaq. Siz həmin dünyanı təsəvvür edə bilməzsiniz, heç kim təsəvvür edə bilməz, lakin biz saatın köməyi ilə bütün bu dövrlərdən keçmək istəyirik”.