“Banu Organic” Moskvada PRODEXPO-2018 sərgisində Azərbaycanı təmsil edib

0
604

Azərbaycanın yeni yaranan şirkətlərindən biri olan BBF-də (“Baku Business Factory”) fəaliyyətə başlayan “Banu Organic” MMC Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən PRODEXPO-2018 sərgisində ölkəmizi təmsil edib.

“Report” xəbər verir ki, sərgidə “Banu Organic”in stendi böyük maraqla qarşılanıb. Sərgi iştirakçıları şirkətin məhsullarının faydalı olduğunu vurğulayıblar.

Qeyd edək ki, “Banu Organic” şirkəti təbii qida məhsullarının satışı ilə məşğuldur və artıq 1 ilə yaxındır ki, fəaliyyət göstərir. Orqanik məhsullar təklif edən şirkət eyni zamanda müştəriləri qidaların faydaları barədə də məlumatlandırır. Bu isə təklif edilən məhsulların keyfiyyətli, orqanik və təmiz olmasını bir daha isbat edir.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.