“Apple”dan tarixi rekord: 88 milyard $ rüblük gəlir!

2
638
Apple
Apple

ABŞ-ın “Apple” korporasiyası son rüb ərzində (2018-ci maliyyə ilinin ilk rübü) öz tarixinin ən böyük gəlirini əldə etdiyini açıqlayıb.

Lent.az-ın xəbərinə görə, 30 dekabr 2017-ci ildə başa çatan 3 aylıq dövrdə şirkətin gəlirləri 2016-cı ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 88,3 milyard dollar təşkil edib. Bu dövrdə “Apple” 77,3 milyon ədəd “iPhone” satıb, lakin bu, 2017-ci ilin ilk rübü ilə müqayisədə 1 milyon ədəd azdır. Gəlirlərin 65%-i beynəlxalq miqyasda satışlardan əldə olunub.

Şirkətin CEO-su Tim Kuk bildirib ki, “iPhone X” gözləntiləri aşaraq tədarükünə başlandığı ötən ilin noyabr ayından bəri ən çox satılan “iPhone” olub. 2017-ci ilin ilk rübündə şirkət 78,3 milyon ədəd smartfon sataraq 78,4 milyard dollar gəlir əldə edib, bunun 23,4 milyardı xalis mənfəət olub. “iPad” satışları 1 il əvvəlki dövrlə müqayisədə 1% artaraq 13,17 milyon ədəd təşkil edib. Ən çox atış ABŞ-da həyata keçirilib. Şirkət vətəndə 10%-lik artımla 35,193 milyard dollar qazanıb.

Qeyd edək ki, “Apple” “iPhone X” istehsalını 2 dəfə azaltmaq qərarına gəlib. Səbəb Yeni il bayramı dövründə əsas bazarlarda (ABŞ, Çin, Avropa) satışların aşağı düşməsidir. “Apple” planlaşdırdığı 40 milyon əvəzinə, 20 milyon ədəd “iPhone” istehsal edəcək.

2 COMMENTS