Alibaba, Çinin yemək sifarişi tətbiqi “Ele.Me”ni satın aldığını açıqlayıb

0
662

Çinin e-ticarət nəhəngi Alibaba, Çinin yemək sifarişi tətbiqi “Ele.Me”ni satın aldığını açıqlayıb.

“Marja” xəbər verir ki, daha əvvəl də şirkətin 43% hissəsini əlində saxlayan Alibaba, son müqavilə ilə “Ele.Me”nin hamısının sahibi olub. Müqavilə nəticəsində “Ele.Me”nin bazar dəyəri 9,5 milyard dollara çatıb.

Adı Çin dilində “Acsan?” mənasına gələn “Ele.Me”, Çində getdikcə böyüyən mobil telefon vasitəsilə yemək sifarişi bazarının mühüm aktyorlarından biridir.