Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Zuckerberq Facebook-un messengerinə əsas rəqibin Apple olduğunu bildirib

Zuckerberq Facebook-un messengerinə əsas rəqibin Apple olduğunu bildirib

270
Paylaş

Digər messengerlər haqqında bir şey söyləməyib.

Facebookun başçısı  Mark Zuckerberg Apple-ın iMessengerini messenger bazarında şirkətin əsas rəqibi olduğunu bildirib. O, bu barədə 2018-ci ilin üçüncü rübündə hesabat verdikdən sonra analitiklər və jurnalistlər ilə görüş zamanı bildirib, banker.az  CNBC-yə istinadən məlumat verir.

Zuckerberqə görə, WhatsApp və Messenger Android və iOS satışları eyni səviyyədə olan Avropanın bazarlarında aparıcı mövqe tutur, lakin iPhone satışları üstünlük təşkil edən ABŞ kimi mühüm bazarlardan daha aşağıdır.

“Bu gün ən böyük rəqibimiz «iMessage» dir. ABŞ kimi güclü ölkələrdə, iPhone-nun güclü pozisiyası olduğu yerdə, Apple iMessage-i default mətn mesajlaşma proqramı kimi bağlayır.”

                                                                    Mark Zukereberq

Facebook sosial şəbəkəsi özü də daxil olmaqla, Facebook Messenger, WhatsApp və Instagram xidmətləri dünyada 2.6 milyard insan tərəfindən istifadə olunur. Zuckerberq onların istifadəçilərinin gündə 100 milyard mesaj göndərdiyini və WhatsApp-da sosial şəbəkələrdən daha çox şəkillər, videolar paylaşdıqlarını qeyd edib.