Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Zuckerberg-in sərvəti bir günə 6,2 milyard dollar artıb

Zuckerberg-in sərvəti bir günə 6,2 milyard dollar artıb

86

Mark Zuckerberg-in sərvəti 31 yanvar tarixində, cümə axşamı günü 6,2 milyard dollar artıb.

Nəşriyyat Facebook-un baş direktorunun sərvətini  65,6 milyard dollar dəyərində qiymətləndirib. Qiymətləndirmə artımı sayəsində, o, Bloomberg milyarderlər indeksində ən zənginlərin siyahısında yeddinci yerdən beşinci yerə kimi yüksəlib. Siyahının lideri 15 aydır ki Amazon şirkətinin rəhbəri olan Jeff Bezos-dur.

2019-cu ilin 30 yanvar tarixində Facebook şirkəti 2018-ci ilin yekunlarına görə hesabat yayıb: şirkətin xalis mənfəəti 39% artaraq 22,1 milyard dollar, ümumi gəliri isə 37 faiz artaraq 55,8 milyard dollar təşkil edib. Şirkətin səhmləri isə 11% artıb.

Rəy bildir

Please enter your comment!
Please enter your name here