Zuckerberg 17 milyard dollara yaxın pul itirib

Date:

Paylaş:

Bloomberg-ə görə ən zəngin insanların reytinqində üçüncü sırada olan Facebook sosial şəbəkəsinin başcısı Mark Zuckerbergin sərvəti, çərşənbə günü əsas ticarət sessiyası bağlandıqdan sonra şirkətin bazarda səhmlərinin 20 % azalması səbəbindən   16.8 milyard dollara düşüb, bu barədə məlumati RİA Xəbər verir.

Aqentliyin verdiyi məlumata görə, əgər səhmlərin ucuzlaşması cümə axşamıda davam edərsə o zaman, Zuckerberg Bloombergin Milyonerler İndeksin(BBI)-də dünyanın ən zəngin üç nəfəri sırasanından çıxaraq altıncı sırada yer alacaq.

BBI-nın Dünyanın ən zəngin insanları sıralamasında, üçüncu sıranı Zuckerberg iyulun əvvəlində tutub. O zaman, Facebook-un təsisçisinin sərvəti 81.6 milyard dollar təşkil edirdi, bununla yanaşı 25 iyula kimi bu məbləğ 86.6 milyard dollara kimi yüksəlmişdi.

Şirkətin, ikinci rübündə maliyyə hesabatının,  analitiklərin proqnozundan pis olması nəticəsində, qiymətli kağızların dəyərində kəskin azalma  baş verib. Beləliklə, sosial şəbəkənin xalis mənfəəti 31% artaraq 5.11 milyard dollara və ya hər bir səhm üçün 1.74 dolar olub, lakin analitiklər bu rəqəmin 1.75 olacağını gözləyirdilər. Bir il əvvəl bu rəqəm hər bir səhm üçün 1.32 dollar təşkil edirdi. Gəlir qeyd olunan dövr ərzində 42% artaraq 13.23 milyard dollar səviyyəsinə çatıb. Eyni zamanda, reklam gəlirləri əvvəlki ilə nisbətən 42% artaraq 13.038 milyard dollar olub.

Bununla yanaşı, 2018-ci ilin birinci yarısında Facebookun xalis mənfəəti 45% artaraq 10.092 milyard dollara çatıb. Bir səhmin mənfəəti bir əvvəlki ilə nisbətən 2.36 dollardan 3.43 dollara yüksəlib. Gəlir 45% artaraq 25.197 milyard dollara çatıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...