Bloomberg-ə görə ən zəngin insanların reytinqində üçüncü sırada olan Facebook sosial şəbəkəsinin başcısı Mark Zuckerbergin sərvəti, çərşənbə günü əsas ticarət sessiyası bağlandıqdan sonra şirkətin bazarda səhmlərinin 20 % azalması səbəbindən 16.8 milyard dollara düşüb, bu barədə məlumati RİA Xəbər verir.
Aqentliyin verdiyi məlumata görə, əgər səhmlərin ucuzlaşması cümə axşamıda davam edərsə o zaman, Zuckerberg Bloombergin Milyonerler İndeksin(BBI)-də dünyanın ən zəngin üç nəfəri sırasanından çıxaraq altıncı sırada yer alacaq.
BBI-nın Dünyanın ən zəngin insanları sıralamasında, üçüncu sıranı Zuckerberg iyulun əvvəlində tutub. O zaman, Facebook-un təsisçisinin sərvəti 81.6 milyard dollar təşkil edirdi, bununla yanaşı 25 iyula kimi bu məbləğ 86.6 milyard dollara kimi yüksəlmişdi.
Şirkətin, ikinci rübündə maliyyə hesabatının, analitiklərin proqnozundan pis olması nəticəsində, qiymətli kağızların dəyərində kəskin azalma baş verib. Beləliklə, sosial şəbəkənin xalis mənfəəti 31% artaraq 5.11 milyard dollara və ya hər bir səhm üçün 1.74 dolar olub, lakin analitiklər bu rəqəmin 1.75 olacağını gözləyirdilər. Bir il əvvəl bu rəqəm hər bir səhm üçün 1.32 dollar təşkil edirdi. Gəlir qeyd olunan dövr ərzində 42% artaraq 13.23 milyard dollar səviyyəsinə çatıb. Eyni zamanda, reklam gəlirləri əvvəlki ilə nisbətən 42% artaraq 13.038 milyard dollar olub.
Bununla yanaşı, 2018-ci ilin birinci yarısında Facebookun xalis mənfəəti 45% artaraq 10.092 milyard dollara çatıb. Bir səhmin mənfəəti bir əvvəlki ilə nisbətən 2.36 dollardan 3.43 dollara yüksəlib. Gəlir 45% artaraq 25.197 milyard dollara çatıb.