“Zoom Technologies”-in səhmləri səhmdarların səhvinə görə 54 000%-ə çatıb

Date:

Paylaş:

Amerikanın İnc. mətbuatının verdiyi məlumata görə, minlərlə səhmdar “Zoom Technologies İnc.”-in səhmlərini, onu “Zoom Video Communications”-un yerinə qəbul edərək alıb, belə ki, sonuncu, bu yaxınlarda çox uğurlu bir İPO-ya çıxıb

“Zoom Technologies” şirkətinin səhmlərinin dəyəri son günlərdə hər səhmə görə 0,005 sentdən 5,5 dollara qədər artıb, lakin şirkətin 2011-ci ildən bəri heç bir gəliri olmayıb. Bu, Çinin mobil telefonlar detalları işləyib hazırlayan kiçik bir şirkətidir. O, ABŞ-ın ikinci qiymətli kağızlar bazarında səhmlər satır. “Zoom Technologies”-in ştat sayı 10 nəfərdir.

Şirkətin səhm dəyərinin qəfil artımının səbəbi səhmdarların səhvi olub.Belə ki, onlar bu şirkəti biznes üçün videokonferensiya xidməti göstərən “Zoom Video Communications”-la səhv salıblar. İkinci, 18 apreldə, “NASDAQ”  yüksək texnologiyalar birjasında uğurlu İPO-ya imza atıb.

“Zoom Video Communications”-un 2019-cu ilin mart ayının sonunda ilk səhm qoyuluşuna bildiriş elan etməsindən sonra “Zoom Technologies”-in səhmlərinin qiyməti qalxaraq 5 dolları ötüb. Hal-hazırda onun dəyəri ilk dəfəkindən 54 000% artıq olmaqla, hardasa 2,70 dollar təşkil edir.

Bu yalnız onunla izah olunur ki, hər iki şirkətin loqotipində “ZOOM” yazıldığı üçün səhmdarlar onları bir-biri ilə qarışdırıblar. Bundan başqa, Amerikanın İnc. mətbuatının jurnalisti Minda Tsetlin fikirlərini bölüşərkən deyib ki, o, Google-da “Zoom Video Communications”-u axtrışa verəndə, sistem ona  ilk olaraq “Zoom Technologies” nəticəsini göstərib.

2019-cu ilin 18 aprelində “Zoom Video” “NASDA” birjasında ticarətə başlayıb. “ZM” səhmlərinin dəyərini şirkət ilk dəfə elan edilən 28-32 dollar yerinə olan 36 dollardan çox qiymətləndirib. Ticarətin başlamasından dərhal sonra səhmlərin dəyəri 73% artıb və 62 dollar olub.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...