Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Zomato” “Uber Eats” kuryer xidmətini alıb

“Zomato” “Uber Eats” kuryer xidmətini alıb

51
Paylaş

Amerikanın Uber şirkəti “Uber Eats” qida çatdırılması biznesini Hindistanda yerli rəqibi “Zomato”ya satıb. Qarşılığında şirkət startapın 9,99%-ni əldə edib. TechCrunch mənbələrinin sözlərinə görə, əməliyyat gedişatında Uber Eats 160-200 mln. dollar dəyərləndirilib.

“Uber Eats” istifadəçiləri “Zomato”ya keçəcəklər. Bölmə əməkdaşlarının yarısı “Uber”ə qoşulacaq. “Uber”in rəhbərinin sözlərinə görə, Hindistan əsas bazar olaraq qalacaq və şirkət yerli biznesinin inkişafına yatırım etməkdə davam edəcək.

Qeyd edək ki, Uber Eats-in Hindistanda satışı ilə bağlı 2019-cu ilin dekabrında WSJ mənbələri bildiriblər. Qəzetin apardığı sorğuda analitiklər vurğulayblar ki,əməliyyat Uber xərclərini ildə təxminən 500 mln. dollar ixtisara salacaq.