Əsas səhifə Məqalələr Maraqlı Zlatan İbrahimoviç Mançesterdəki malikanəsini 5,5 milyon avroya satışa çıxarıb

Zlatan İbrahimoviç Mançesterdəki malikanəsini 5,5 milyon avroya satışa çıxarıb

909
Paylaş

“Mançester Yunayted” klubunun futbolçusu Zlatan İbrahimoviç İngiltərənin Çeşir qraflığındakı malikanəsini satışa çıxarıb. “Report”un “The Sun”a istinadən verdiyi məlumata görə, isveçli hücumçu villasına 5,5 milyon avro qiymət qoyub.

Onun evindəki 6 yataq otağının hər birində vanna otağı və mətbəx var. Alt mərtəbədə isə çaxır zirzəmisi yerləşir. Qonaqlar bar və oyun zalında da dincələ bilərlər. Küçədəki nəhəng qapalı zonada isə nəhəng manqalda kabab bişirmək mümkündür.

Qeyd edək ki, daha əvvəl İbrahimoviçin 8 milyon avroya yaxta aldığı xəbəri yayılıb.