Əsas səhifə Xəbərlər Digər xəbərlər “Zaferoğlu İnşaat”ın rəhbəri parlament seçkilərində zəfərə iddialıdır

“Zaferoğlu İnşaat”ın rəhbəri parlament seçkilərində zəfərə iddialıdır

178
Paylaş

2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək nazmizədlərdən biri də “Zaferoğlu İnşaat” şirkətinin rəhbəri Zəfər Məmmədovdur.

Bizplus.az xəbər verir ki, bu barədə şirkətin verdiyi məlumatda bildirilib.

Z.Məmmədov 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa iddialıdır. «Şirkətimizin rəhbəri, böyük ürəyə sahib olan, millətinə və dövlətinə xidmət etməkdən yorulmayan Zəfər Məmmədov 09 fevral 2020-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərində iştirak etmək üçün sənədlərini 37 saylı Nizami birinci (Gəncə) Dairə Seçki Komissiyasına təqdim etdi. Millətimiz və Dövlətimiz üçün xeyirli-uğurlu olsun!»-deyə şirkətin açıqlamasında bildirilir.

Qeyd edək ki,“Zaferoğlu İnşaat” şirkəti Azərbaycanda təmir, tikinti və dizayn işləri həyata keçirən bir şirkətdir.