Kaliforniya proqramçıları yeni mobil tətbiqi təqdim ediblər – zəlzələnin başlamasına bir neçə saniyə qalmış bu barədə xəbərdarlıq edir. Amerikanın bir çox şəhərində zəlzələ aktual bir problem olduğu üçün insanlar hadisə anında tez bir zamanda təhlükəsiz yerdə gizlənməyə hazır olmalıdırlar.
Tətbiqin buraxılışı Loma-Prieta dağ yüksəklyi yaxınlığında baş vermiş dağıdıcı zəlzələnin 30 illiyinə nəzərdə tutulub. Proqramçılar qeyd edirlər ki, istifadəçilərə zəlzələnin başlamasına ən azı 10 dəqiqə qalmış bildiriş gələcək. Alimlərin fikrincə bu, təhlükəsiz yerə sığımaq üçün kifayət edə biləcək bir zamandır.
Proqramçılar tətbiqin hazırlanmasında bir kompyuter modelindən istifadə ediblər – o hesablayıb ki, əgər 1989-cu ildə Loma-Prietadakı zəlzələ zamanı belə bir tətbiq olsaydı o, zəlzələnin başlamasına 15-18 saniyə qalmış bu barədə xəbərdarlıq etmiş olardı. Bu da həmin zəlzələ zamanı daha çox çıraqların üzərlərinə düşməsindən və kitab rəflərinin aşmasından zədə almış insanların bundan qorunması üçün kifayət edə biləcək bir zaman kəsiyi olacaqdı.
Kaliforniyada hal-hazırda ilk təkanları qeydə alan təxminən 800 datçik var. Datçiklər təkanları qeydə alan kimi məlumatları üç emal mərkəzinə göndərir və burada da kompyuterlər zəlzələnin baş verib-verməyəcəyini və olacağı halda da nə dərəcədə güclü olacağını aydınlaşdırırlar.
Bundan sonra telefona xəbərdarlıq gəlir. Tətbiq həmçinin, yerləşdiyiniz məkanı, təkanın baş vermə yerinə nə qədər yaxın olmanızı, sistemin hansı sürətlə sizi təhlükədən xəbərdar edəcəyini təhlil edir.