Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
“Bizplus.az” xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşları Ramid Vəliyev və Surxay Fərəcov saxlanılıb və onların üzərində yoxlama aparılıb. Sözügedən şəxslərin əl yüklərinə rentgen baxışı zamanı monitorda şübhəli predmetlər görünüb.
Belə ki, əl yüklərində gömrük nəzarətindən gizlədilən, psixotrop maddə və narkotik vasitələr aşkarlanıb. Bu vasitələr 3 ədəd yuyucu toz qutularının içərisində gizlədilib. 3 ədəd bağlamada çəkisi 2005 qram olan heroin, 1 bağlamada isə çəkisi 100 qram olan psixotrop maddə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.