Yunanıstanda “Airbnb” xidməti vasitəsilə evlərini kirayə verən və bu barədə vergi orqanlarına xəbər etməyən şəxslər və şirkətlər cərimə olunacaqlar.
Bizplus.az bildirir ki, bu barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb. “Airbnb” xidmətindən istifadə edən və evləri kirayə verən şirkətlər 100 min avroya kimi cərimələnəcəklər. Bu, “Airbnb”, “Booking.com”, “HomeAway” kimi şirkətlərə aid olacaq.
Qeyd edək ki, “Airbnb” xidməti vasitəsilə bir çox ev kirayəyə verilib. Bu zaman vergi rüsumları Yunanıstanda tutulmayıb və hotellərə ciddi ziyan dəyib.