Əsas səhifə Xəbərlər Xarici xəbərlər Yunanıstanın vergi departamenti “Airbnb” evlərin kirayə xidmətindən istifadə edənləri cərimələyə bilər

Yunanıstanın vergi departamenti “Airbnb” evlərin kirayə xidmətindən istifadə edənləri cərimələyə bilər

84
Paylaş

Yunanıstanda “Airbnb” xidməti vasitəsilə evlərini kirayə verən və bu barədə vergi orqanlarına xəbər etməyən şəxslər və şirkətlər cərimə olunacaqlar.

Bizplus.az bildirir ki, bu barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb. “Airbnb” xidmətindən istifadə edən və evləri kirayə verən şirkətlər 100 min avroya kimi cərimələnəcəklər. Bu, “Airbnb”, “Booking.com”, “HomeAway” kimi şirkətlərə aid olacaq.

Qeyd edək ki, “Airbnb” xidməti vasitəsilə bir çox ev kirayəyə verilib. Bu zaman vergi rüsumları Yunanıstanda tutulmayıb və hotellərə ciddi ziyan dəyib.