Yunanıstan vergi güzəştləri vasitəsilə yeni səhmdarlar cəlb edəcək

Date:

Paylaş:

Yunanıstan yeni vergi güzəştləri tətbiq edəcək. Bu yolla o, zəngin səhmdarlar cəlb etmək fikrindədir. Güzəştlərə gəlir vergisinin azaldılması, dividendlərə qoyulan verginin iki dəfə azaldılması və xarici gəlirlərə vahid verginin tətbiq edilməsi daxildir.

Bunun zəngin əcnəbilərin ölkəyə axınına  və nəticədə ölkə iqtisadiyyatında səhmlərin artımına yol açacağı gözlənilir.

Əsas olaraq, korporativ verginin 28%-dən 24%-ə endirilməsi nəzərdə tutulub.  Dividendlərdən gələn gəlirə qoyulan verginin 10%-dən 5%-ə qədər azaldılması gözlənilir. Bundan başqa, hökumət Yunanıstanın vergi rezidenti olmq istəyən səhmdarlar üçün xüsusi poqram istifadəyə verməyi təklif edir.  Onlar xarici gəlirlərə illik 100 000 avro məbləğində vahid vergi ödəyəcəklər. Ailənin hər bir üzvü üçün əlavə ödəniş 20 000 avro olacaq.

Proqram iştirakçıları həm də Yunanıstan hüdudlarından kənardakı aktivlərə varislik vergisindən də azad olunacaqlar.

Qeyd edək ki, güzəştlər əldə etmək üçün müəyyən şərtlər də mövcuddur: ən azı 183 gün ölkədə olmaq, ilk üç ili yunan iqtisadiyyatına vergi rezidenti kimi 500 000 avro yatırım etmək (daşınmaz əmlaka, səhmlərə və istiqrazlara). Yatırım həcmi 1,5 mln. avroya çatsa xarici gəlirlərə qoyulan vahid vergi iki dəfə azaldılacaq, 3 mln. avro-ya çatdıqda isə vergi 25 000 avro olacaq. Güzəştlər 15 il ərzində hökumətin dəyişməsindən belə asılı olmayaraq qüvvədə olacaq.

Yeni düzəlişlər noyabr-ın sonunda səsverməyə çıxarılacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...