Yunanıstan düzəltməkdə çətinlik çəkdiyi iqtisadi vəziyyətini Rotşildlərdən kömək istəyərək həll etməyə hazırlaşır.
Yeni bir iqtisadi böhranın başlandığı Yunanıstanda böhranın qarşısı alınmazsa “Grexit” ssenarilərinin gerçək ola biləcəyi bildirilir.
Bu səbəblə hazırda Yunanıstan hökuməti Rotşild maliyyə şirkəti ilə danışıqlar aparır.
Ölkənin ən böyük maliyyə dəstəkçilərinin isə IMF və Avropa Birliyi olduğu müşahidə edilir.
Rotşildlər dünyanın ən köhnə investisiya bankı olması ilə diqqət çəkir. Təxminən 200 il əvvəl Mayer Rotşild tərəfindən qurulan bankın hazırda 40 ölkədə təxminən 2800 işçisi var.
Bəzi hesablamalara görə isə Rotşild ailəsinin ümumi sərvətinin 350 milyard dollar olduğu düşünülür.