Əsas səhifə Biznes Biznes ideyalar Yüksək marjalı kiçik biznesin 13 növü

Yüksək marjalı kiçik biznesin 13 növü

1423
Paylaş

Yüksək marja, demək olar ki, biznesin bütün növlərində mümkün ola bilər. Xüsusilə, əgər söhbət eksklüziv əşyaların satışından gedirsə. Lakin, bir sıra əmtəələr fiziki səbəblərdən yüksək marjaya malikdirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, belə əmtəələrin maya dəyəri kifayət qədər aşağıdır. Beləliklə, belə əmtəənin qiymətini 300%-ə qədər artırmaqla, yüksək gəlir əldə etmək imkanı var.

Alt geyim paltarlarının satışı

Alt geyim paltarları yüksək marja ilə xüsusilə fərqlənirlər. Mağaza orta qiymət seqmentində işləsə belə, marjanın orta səviyyəsi 200-300%-ə qədər çatır. Bu, ilk növbədə əmtəənin aşağı maya dəyəri ilə bağlıdır. Bundan əlavə, bu biznesdə saxlanma və nəqliyyat xərci çox azdır. Əgər alt geyim eksklüziv kimi tanıdılırsa, onda marja 1000-1100%-ə qədər gəlib çata bilər. Bu sektorda marja üçün mövcud olan yeganə məhdudiyyət rəqabətdir. Belə ki, müasir dövrdə alt geyim mağazalarının sayı çoxdur.

Optika salonu

Optika salonunda resept üzrə hazırlanmış eynəyin qiyməti 200-300%-ə qədər artırılır. Optikada geniş çeşid arasında ən yüksək marjalı məhsullardan biri, günəş eynəkləri hesab olunur (1300%-ə qədər). Sahibkarlar qeyd edirlər ki, bu biznesin üstün cəhətlərindən biri də odur ki, eynəklərin ölçüsü kiçik olduğundan onların saxlanılmasına böyük sahəni icarəyə götürməyə ehtiyac yoxdur.

Şirin pambıq satışı

Şirin pambıq satışı – sizdən xüsusi bilik və bacarıqları tələb etməyəcək bir biznes növüdür. Bu məhsulun marjası ortalama ilə 4000%-ə qədər mümkün ola bilər. Əgər pambıq ilə birlikdə meyvə şirələri də satılarsa, onda gəlirin səviyyəsini qat-qat artırmaq olar.

Popkorn satışı

Yüksək marjalı biznes axtarırsınızsa, popkorn satışına diqqət yetirin. Cəmi iki xörək qaşığı “xammal”, nəticədə sizə bir litr həcmində hazır məhsul verə bilər. Popkornun marjası 600-700% təşkil edir, bəzi hallarda 1500%-ə qədər çata bilər.

Bəzək əşyalarının (bijuteriya) satışı

Bijuteriyaya tələbat hər zaman artmaqdadır. Bu biznesdə marjanın səviyyəsi orta hesabla 200-300%, bəzən 1000%-ə qədər çata bilər. Burada çox böyük mağazanı açmağa ehtiyac yoxdur.

Qəhvəxana

İçkilər – kafe və restoranlarda ən yüksək marjalı məhsullardan biridir. Bu məhsulun marjası, adətən, 300-400% təşkil edir, desertlər hesabına bu rəqəm 600%-ə qədər arta bilər. Biznesin üstün cəhəti odur ki, onu hər büdcəyə uyğun qurmaq olar.

Toy salonu

Toy geyimləri – paltar dünyasında yüksək marjalı əmtəələrdən biridir. Burada marjanın səviyyəsi 300-500% arasında dəyişə bilər. Bu, “ömürdə bir dəfə” baş verəcək toy ilə bağlı olmuşdur. Bu fikri rəhbər tutmuş insanlar, toylarına istənilən məbləği xərcləməyə hazırdırlar. Toy geyimləri ilə yanaşı istifadə olunan aksessuarlar, atributlar, fotoalbomlar və digər əşyaların da qiymətləri artırılır.

Bağ üçün gips fiqurlarının satışı

Biznesin marjası 250%-ə qədər mümkün ola bilər. Əsas üstünlüklərdən biri, texnoloji prosesin sadə olmasıdır. Eyni zamanda, bu biznesi açmaq üçün böyük xərclərə ehtiyac yoxdur.

Xəngəl xörəyinin satışı

Xəngəl – maya dəyəri kifayət qədər aşağı olan xörəklərdən biridir. Burada marja 250-300%-ə qədər artırıla bilər. Əgər bir xəngəlin maya dəyəri 0,3 AZN təşkil edirsə, onun satış qiyməti ~1.15 AZN təşkil edəcəkdir. Beləliklə, alıcı beş xəngəldən ibarət olan xörəyi 5.7 AZN  almış olur.

Gül salonu

Gül salonu – ciddi prosesləri və çox saylı işçilərin işə götürülməsini tələb etməyən biznes növündən biridir. Güllərin marjası təqribən 300% təşkil edir. Kiçik gül salonunun (20 m2) açılması üçün orta hesabla 8 436 AZN vəsait tələb olunur. Gül salonlarının aylıq gəliri 1278-2812 AZN arasında dəyişə bilər.

Dondurma satışı

Yüksək marjalı desertlərdən biri də dondurma sayılır. Burada marjanın səviyyəsi təqribən 200% təşkil edir. Dondurma satışı ilə məşğul olan kafelərin sahibkarları qeyd edirlər ki, Ticarət Mərkəzlərində fəaliyyət göstərən kafelərdə marja 400-1000%-ə çata bilər.

Vafli satışı

Vaflilərin hazırlanması üçün 130 AZN qiymətinə ala biləcəyiniz bir dənə vafli bişirən aparat kifayət edir. Maya dəyərinin aşağı olmasına görə, burada marjanın səviyyəsi 600-1000%-ə çatır.

Smuzi-bar

Müasir dövrdə sağlam həyat tərzi ideyası çox geniş yayılmışdır. Sözsüz ki, sağlam həyat tərzinə sağlam qidalanma anlayışı da daxildir. Smuzi – son illərdə məşhur olmuş dadlı və faydalı içkilərdən biridir. Smuzi-bar açmaq üçün siz təqribən 12 000 AZN xərc çəkməli olacaqsınız. Qeyd edək ki, smuzi içkilərinin hazırlanma texnologiyası çox sadədir. Bu biznesdə marjanın səviyyəsi 1000%-ə qədər arta bilər.