Əsas səhifə Biznes Milyarder Yoxsulluq içində böyüyən milyarderlər

Yoxsulluq içində böyüyən milyarderlər

1181
Paylaş
milyarderlər

DeJoria

milyarderlər

DeJoria cəmi 9 yaşından işləmək məcburiyyətində qaldı. Ancaq qəzet satmaq işi ailənin ehtiyaclarını ödəyə bilmirdi və sonda onlar Dejorianı başqa ailəyə verdilər. 15 yaşında Los Angelesdə küçə uşaqları ilə dava etdi və travma aldı. 22 yaşında evsiz qaldı. Bir müddət qapıçı ve sığorta satıcısı kimi çalışdıqdan sonra öz ayaqları üzərində durmağı bacardı və bir şirkət yaratdı. Bu şirkətlə saç üçün müxtəlif məhsullar satırdı və uğurlu oldu. Hazırda onun 2.9 milyard dollar sərvəti var.

Sam Walton

milyarderlər

Sam Walton məşhur Walmart mağazaları şəbəkəsinin yaradıcısır. Ancaq gənclik illərində onun yaşayışı çox da yaxşı deyildi. Ailəsi Oklahomada qonşulara inək südü satırdı. Özü isə qəzet və jurnal paylamaqla pul qazanırdı. Universitet illərində sadəcə isti yemək qarşılığında ofisiant işlədi. Walton 26 yaşına çatanda 26.000 dollar borcla öz mağazasını yaratdı. Üstündən bir müddət keçdikdən sonra Walmart mağazasını yaratmaq qərarına gəldi. Beləliklə müvəfəqiyyət qazandı və tarixə milyarder insan kimi düşdü.

Chris Gardner

milyarderlər

Will Smith ve oğlunun birlikdə çəkildiyi Ümidini itirmə filminə baxmısınızsa bu hekayə sizə tanış gələcək. Chris Gardner Wisconsinda dünyaya gəlib və uşaqlıq illəri tamamilə yoxsulluq içində keçib. Ögey atası tez-tez onu döyüb və sonda evdən də qovub.

Chris məktəbi bitirdikdən qısa müddət sonra orduya gedir. Qayıtdıqdan sonra tibbi ləvazimatlar sataraq gündəlik maddiyatını qarşılayır. Universitet bitirməyinə baxmayaraq maliyyəni yaxşı bilirdi. Maliyyə sevgisi onun bir kursa qatılmağına səbəb olur. Bu kursla çox şey öyrənir və bir şirkətdən iş təklifi alır. Şirkətdə çox uğurlu karyera quran Chris daha sonra öz şirkətini də yaradır. Hazırda onun 60 milyon dollar sərvəti var.

Jan Koum

milyarderlər

Artıq whatsappdan istifadə etməyən çox az adam var. Whatsappı yaradan Jan Koumun isə olduqca qəribə bir həyatı var. Ukraynada kiçik bir kənddə yoxsulluq içində böyüyüb. Hətta evlərində isti su belə olmayıb. 16 yaşında ailəliklə Kaliforniyaya köçürlər və Jan orada qapıçı kimi işləyir. Gənclik illərində yalnız yemək alacaq qədər pul qazanırdı. Ancaq 18 yaşında kompyuterə qarşı böyük marağı onun xaker olmasına səbəb oldu. Texnologiya sahəsində özünü inkişaf etdirdi və 21 yaşında Yahooda işə düzəldi. 2009-cu ildə whatsappı yaratdı və 2014-cü ildə facebooka 19 milyard dollara satdı.

Li Ka-shing

milyarderlər

Asiyanın ən varlı insanı da siyahıdakı digərləri kimi yoxsulluqla böyüyüb. Li cəmi 15 yaşında atasını itirib və evdə ailəyə ondan başqa baxa biləcək biri olmadığı üçün işləməyə başlayıb. O fabrikdə gün ərzində 16 saat işləyirdi. Li düz 10 il bu şəkildə işlədikdən sonra Cheung Kong Industries şirkətini yaradır. Bu şirkət əvvəlcə plastik sektorunda fəaliyyət göstərirdi ancaq daha sonra istiqamətini daşınmaz əmlaka yönəltdi. Li Ka-shing bu gün bir çox şirkətin və milyardlarla sərvətin sahibidir.

J.K. Rowling

milyarderlər

J.K. Rowling məşhur Harry Potter hekayələrinin yazarıdır. Rowlingin ailəsi də heç zaman çox pula sahib olmayıb. O, universitetdən məzun olduqdan sonra ingilis dili müəllimi kimi Portuqaliyaya gedir. Orada gələcək həyat yoldaşı ilə tanış olur. Daha sonra Rowling Şotlandiyaya köçür və boşanma qərarı alır.

Qızına çətinliklə baxırdı. Jessicanın kitab yazmaq sevgisi var idi ancaq bunu pul qazanmaq üçün yox vaxt keçirmək üçün edirdi. Təsadüf nəticəsində bir adam Roowlingə maddi kömək edir və bu gün ona milyardlar qazandıran Harry Potter kitabları nəşr edilir.

Andrew Carnegie

milyarderlər

Andrew Carnegie tarixin ən zəngin insanlarından biridir o sərvəti hazırda 310 milyard dollara bərabərdir. 19-cu ildə onun fabriki dəmir sektorunda bazarda bir nömrə idi. Ancaq o da uşaqlığını bolluq içində keçirməyib. Atasını itirdikdən sonra 13 yaşlı Carnegie gün ərzində 15 saat işləmək məcburiyyətində idi. Başqa bir seçimi də yox idi. İşlədiyi zaman qənaət etdiyi pullarla bir neft şirkətinə yatırım edir və daha sonra dünyanın ən böyük dəmir zavodunu yaratmağı bacardı. Andrew səxavətli insan idi və sərvətinin 90 faizini xeyriyyə cəmiyyətlərinə bağışlayıb.