“Youtube”un CEO-su azərbaycanlı gəncə məktub göndərib

Date:

Paylaş:

Yutubun CEO-su Susan Voyçiski azərbaycanlı gəncə təbrik məktubu göndərib. 

Söhbət maarifləndirici ZehinX, ОпытХ, ZihinX, SabioX kimi məşhur yutub kanallarının yaradıcısı Fuad Əliyevdən gedir.

Belə ki, gənc marketoloqun yaratdığı ОпытХ kanalı 1 milyon abonəçi toplayıb.  CEO ona ünvanladığı məktubda uğurlar arzulayıb:

Sizin gördüyünüz işlə qürur duyuruq. Ümid edirik ki, hörmətimizin əlaməti olan Gold Creator Award-ı (Qızıl yaradıcı mükafatı) qəbul edərsiz. Növbəti mərhələ kimi 10 milyon izləyici toplamağınızı səbirsizliklə gözləyirik. 

Siz bizi heyrətləndirdiz! Belə davam edin, böyük arzularla yaşayın və yaradın. Bizim etdiyimiz hər şey üçün ilham mənbəyisiz”.

Fuad Əliyev  açıqlamasında bildirib ki, hazırda İrlandiyanın paytaxtı Dublində yaşayır və Digital Marketing ve Data Analysis sahəsində fəaliyyət göstərən şirkəti var:

“Eyni zamanda da hobbi kimi bu kanalları başlamışam. Ən birinci azərbaycanca olan ZehinX kanalını, sonra isə tərcümələri kimi olan ОпытХ (rusca), ZihinX (türkcə), SabioX (ispanca) kanallarını açmışam. Kanallarımın ardıcıl olaraq azərbaycanca 96 min, rusca 1 milyon 30 min, türkcə 310 min, ispanca isə 135 min abonəçisi var”.

Qeyd edək ki, Fuad Əliyev Dövlət İdarəçilik Akademiyasında Hüquq üzrə təhsilini tamamladıqdan sonra EF San Francisco-da ön-MBA təhsili alıb, daha sonra UCD Michael Smurfit Graduate Business School-da Marketinq üzrə magistr təhsilinə yiyələnib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...