Əsas səhifə Biznes sahələri Texnologiya “Youtube”dan yeni funksiya: Şərh axtarmaq mümkün olacaq

“Youtube”dan yeni funksiya: Şərh axtarmaq mümkün olacaq

131
Paylaş
YouTube
YouTube

Məşhur video paylaşım platforması “Youtube” yeni funksiya istifadəyə verəcək.

Artıq platformadakı paylaşımların şərh bölməsinə gələn rəyləri axtarmaq və onları sıralamaq mümkün olacaq. Bu sistem üzərində bir müddətdir çalışan platforma yeni bloq yazısında şərhlərin filtrasiyası sisteminin detallarını açıqlayıb.

Belə ki, “Youtube”da paylaşım edən şəxslər onlara gələn rəyləri müxtəlif xüsusiyyətlərinə görə sıralaya biləcək. Bu xüsusiyyətlərə gələn rəyin sual xarakterli olub-olmaması, rəyi yazan şəxsin abunəçi sayı və ya həmin kanala abunə olub-olmaması və s. daxildir.