Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “YouTube”dan istifadə edənlərin sayı açıqlanıb

“YouTube”dan istifadə edənlərin sayı açıqlanıb

172
Paylaş
youtubedan pul qazanmaq

YouTube videohostinqi bir aya 2 milyard unikal istifadəçi hesaba alıb. “Variety”-nin yazdığına görə, bu barədə YouTube-un baş direktoru Susan Wojcicki Nyu-Yorkda keçirilən Brandcast marketinq tədbirində açıqlama verib.

Bu, keçən ilin yayındakı 1,9 milyard istifadəçi sayı olan göstərici ilə müqayisədə təxminən 5% çoxdur.

Şirkətin verdiyi məlumata görə, 2019-cu ilin martı üçün istifadəçilərin televizorda YouTube-a baxmaq üçün ayırdıqları vaxt gün ərzində 250 milyon saatdan çox olub.

YouTube-dan verilən xəbərə əsasən bununla belə. Ümumi baxış müddətinin çox hissəsi (70%-dən çox) mobil cihazlara gəlir.

Həmçinin bildirilir ki, birlikdə götürülən bütün televiziya kabel şəbəkələrinə baxanda, YouTube ABŞ-da özünün bütün platformalarında  bir həftə ərzində daha çox 18-49 yaş arası auditoriyanı cəlb edir.