Əsas səhifə Biznes sahələri Texnologiya “YouTube”da reklamdan fırıldaqçılıq məqsədilə istifadə etməyə başlayıblar

“YouTube”da reklamdan fırıldaqçılıq məqsədilə istifadə etməyə başlayıblar

107
Paylaş
Youtube
Youtube

İnternet fırıldaqçıları “YouTube” video hostinqində reklamın köməyi ilə qurbanlar axtarmağa başlayıblar. Bu barədə antivirus həllərinin hazırlanması üzrə ixtisaslaşmış “Kasperski Laboratoriyası” şirkətindən məlumat verilib.

Ekspertlərin sözlərinə görə, cinayətkarlar sorğuda iştiraka görə və ya hər hansı xeyriyyə ödənişi çərçivəsində böyük pul məbləği ödənilməsi vədindən tələ kimi istifadə edirlər.

2019-cu ilin əvvəlindən “Kasperski Laboratoriyası”nın müdafiə həlləri yaxşı qazanc vəd edən belə fişinq xarakterli saytlara keçid məqsədilə təxminən 17 milyon cəhdin qarşısını alıb.