“YouTube VR” “Facebook”dan “Oculus Quest” ilə əməkdaşlığı təklif edib.
Bu haqda “Variety” nəşri yazıb.
Yeni eynəklərin bazara çıxışı mayın sonunda olmalıdır. Bu gün YouTube VR – virtual reallıq əsaslı xidmət Oculus Go və Rift, Samsung Gear VR, Playstation VR və HTC Vive eynəkləri üçün əlçatandır.
Tətbiq 2016-cı ilin sonunda buraxılıb. Həmçinin “Facebook”dan “Oculus Quest” xidməti video oyunlar xidmətinə də əlçatan olacaq. Beat Sabre, Dance Central VR, Angry Birds VR, Dead and Buried 2, Fruit Ninja VR, Superhot VR və Google Tilt Brush.
Daha əvvəl “Google” VR şəxsi bölməsinin bağlanmasını bildirmişdi. “Google”dan eynəklər “Oculus”un satışlarını keçə bilməmişdi. Buna istehlakçıların vaxtında interfeysi yeniləməməsi və lazımı miqdarda məzmunun hazırlanmaması səbəb olmuşdu.
Qeyd etmək yerinə düşər ki, “YouTube VR” xidməti platforma üzərindən 3D VR videolar izləməyə imkan verir. Tətbiq 1 milyondan çox videoya əlçatanlıq verir. “Google Cardboard” ilə birlikdə işləyən bu funksiya ilə 360 dərəcə videolar da baxmaq mümkündür. Bura təkcə, 360 dərəcə videolar deyil, YouTube VR180 videoformatı və geniş audio çarxlar da daxildir.