“YouTube” videohostinqinə ayda bir dəfə daxil olan unikal istifadəçilərin sayı 2 milyarda yaxınlaşıb. Bu haqda “Alphabet” holdinqinə məxsus xidmətin icraçı direktoru Syuzen Voyjiskinin bəyanatına istinadən “Variety” nəşri məlumat verib.
Məlumat üçün bildirək ki, bir il bundan əvvəl “YouTube”un aylıq auditoriyası 1,9 milyarda bərabər idi.
Bundan başqa, Voyjiski dəqiqləşdirib ki, hazırda videoçarxlara baxış üzrə ümumi vaxtın 70%-dən çox hissəsi mobil qurğuların payına düşür. O, həmçinin “ağıllı” televizorlar sayəsində “YouTube” məzmunundan istifadənin kəskin artımını qeyd edib: xidmətin istifadəçiləri hər gün televizorda 250 milyon saatdan çox video seyr edirlər: 1 il ərzində bu göstərici 39% yüksəlib.