Əsas səhifə Məqalələr Maraqlı YouTube-un 6 yaşlı ulduzu ailəsinə ev qazandırıb

YouTube-un 6 yaşlı ulduzu ailəsinə ev qazandırıb

132
Paylaş

Koreyadan olan 6 yaşlı Boram – ümumilikdə 30 milyondan çox izləyici auditoriyası olan bir neçə YouTube-kanalı qəhrəmanıdır. CNN məlumat verir ki, ailəsi bu yaxınlarda onun sayəsində 8 milyon dollara ev alıb.

Qızcığazın iki YouTube kanalı var: Boram Tube ToysReview və Boram Tube Vlog. Bunlardan birincisi oyuncaqlara, digəri isə özünün də iştirakı ilə olan videolara həsr olunub. Onun videolarından biri təxminən 377 milyon baxış qazanıb.

Onun valideynləri maliyyə məsələlərinə görə Boram Family şirkətini yaradıblar. Əsas gəlir mənbəyi: reklam və sponsor kontenti.