YouTube öz “TikTok” versiyası olan “Shorts” üzərində işləyir. O, TikTok”la rəqabət aparmaq niyyətindədir.
Bu barədə Verge, “The İnformation”a istinadən məlumat yayıb.
İstifadəçilər “YouTube” tətbiqinin mobil versiyasında qısa videolar paylaşa və YouTube Music kataloqundan icazəli musiqilər əldə edə biləcəklər. Musiqiləri “TikTok”da da olduğu kimi videoların içinə yerləşdirmək mümkün olacaq.
YouTube”da rəy bildirməkdən imtina ediblər:” Biz şayiələrə və proqnozlara fikir bildirmirik”.
Qeyd edək ki, “Shorts”un 2020-ci ilin sonunda işə salınacağı gözlənilir.