Əsas səhifə Biznes sahələri Texnologiya YouTube Premium ödənişsiz olacaq

YouTube Premium ödənişsiz olacaq

75
Paylaş
YouTube
YouTube

YouTube videoxidmətinin aid olduğu Google şirkəti onun özü trəfindən yaradılan orijinal şoulara ödənişli abunə sistemindən imtina edib.

Şirkətdə bildiriblər ki, YouTube Premium xidmətinin ödənişlərini bağlamaq üçün  videoçarxların içində gedən reklamlardan gələn gəlirlər kifayət edəcək. Belə ki.,analitiklərə görə, təkcə keçən il ərzində videoxidmət reklamlardan 15 milyard dollar gəlir əldə edib.

Lakin, ancaq yeni şoular ödənişsiz olacaq. YouTube Premium saxlancında artıq mövcud olan videolar isə şirkətin imzalanmış müqavilələr üzrə öhdəlikləri ilə əlaqədar olaraq “paywall”da qalacaqlar.

Beləcə, YouTube  Netflix, Apple, Disney və digər striminq xidmətlərinin istifadə etdikləri modellərdən imtina edib.