Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “YouTube Originals” striminq xidməti tezliklə pulsuz olacaq

“YouTube Originals” striminq xidməti tezliklə pulsuz olacaq

121
Paylaş
youtubedan pul qazanmaq

İstifadəçilər yaxında serial və şouları “YouTube Originals” striminq xidmətindən pulsuz izləyə biləcəklər. 

Pullu abunənin ləğvini platformada reklamın hesabına etməyi düşünürlər. 

Məsələn, “Karate Kid” serialının birinci mövsümünü avqustun 29-dan pulsuz izləmək mümkün olacaq. Hazırda ABŞ-da platformadakı kontent pulludur. Bu ölkədə aylıq abunə haqqı 11,99 dollar təşkil edir.



Buna baxmayaraq kontentin böyük hissəsi pullu abunədən keçmədən belə hər kəsə, pulsuz əlçatandır. Videohostinqdən isə hesab edirlər ki, belə qərarla reklamverənlər ilə auditoriyanın interaktiv şəkildə qarşılıqlı əlaqəsini yaratmaq olar.

Əlavə etmək yerinə düşər ki, “YouTube Originals” özündə orijinal serialları birləşdirir. Bu platformada populyar müəlliflər və məşhurların işləri yer alır.