“YouTube” izləyicilərin sayını detalları ilə göstərməyi dayandırır – bu bloqerlərin məhşurluğuna təsir edə bilər

Date:

Paylaş:

İzləyici sayının kimdə artıb kimdə azalacağını demək çətin olacaq.

2019-cu ilin avqustundan “YouTube” kanalda izləyicilərin hesab göstəricisini dəyişəcək: dəqiq sayın yerinə yuvarlaq say göstəriləcək. Bu barədə videoxidmətin bloqunda məlumat verilib.

Məsələn, 4227 izləyici əvəzinə “sayğac” “4,2 min” göstərəcək, 51 389 232 izləyici yerinə isə sayğacda “51 milyon” görünəcək və bu, kanal, 52 milyon hesaba alana qədər belə davam edəcək. Kanalın sahibkarları dəqiq izləyici sayını görə biləcək.

Dəyişiklik təkcə saytdakı sayğaclara, “YouTube”-dakı tətbiqlərə deyil həm də API servisə təsir edəcək. Bloqerlərin populyarlığının hesablanması ilə məşğul olan “Social Blade” şirkəti təsdiqləyib ki,”YouTube”-un yeni sayğaclarına görə onun məlumatları toplaması çətin olacaq.

“Social Blade” eyni zamanda  “YouTube”-da birbaşa yayımlarla məşhurdur və burada real vaxt rejimində rəqabət kanallarının izləyici sayı təsvir olunur. Məsələn, o, PewDiePie bloqeri və T-Series-in ən məşhur kanal yeri uğrunda yarışı zamanı izləyicilərin hesaba alınmasına nəzarət edib və YouTube üçün digər vacib hadisələri nəzərdən keçirib. Belə yayımlamalarla digər istifadəçilər də məşğul olurlar.

“Social Blade”-in rəhbəri Jason Urgo The Verge-yə deyib ki, onun şirkəti “YouTube”-a təfərrüatlara görə müraciət edib, lakin hələ ki, cavab almayıb. The Verge qeyd edir ki, videoservis sayğacların dəyişməsinin səbəbini izah etməyib və bu qərarın, bloqerlərin bir-biri ilə rəqabət aparması  və izləyici sayının qəfil qalxıb enməsinə görə təzyiqi yoxlamaları ilə əlaqədar olub-olmaması barədə heç bir rəy bildirməyib.

Digər platformalar da ölçmələrlə eksperiment keçirirlər : məsələn, Instagram istifadəçilərə təzyiqiq azaltmaq üçün şəkillər üzərində bayənmələr sayğacını bağlamağı sınaqdan keçirir, “Twitter” isə “retweet” və “like” sayını gizlətmək imkanı barədə düşünür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...