YouTube Avropadan olan istifadəçiləri üçün videoların keyfiyyətini aşağı salmağa razı olub.
Bu barədə Bloomberg məlumat verir.
YouTube istifadəçiləri, defolt olaraq (digər seçimlərin olmaması) yüksək keyfiyyətdə deyil standart keyfiyyətdə olan roliklərə baxacaqlar – bu qaydalar 30 günlükdür. Şirkətdən bildirilib ki, hələ ki, standart keyfiyyətlə bir neçə video yüklənməsi qeydə alınıb.
Qeyd edək ki, 19 martda Avropa Birliyi, Netflix də daxil olmaqla digər onlayn-kinoteatrlara müraciət edərək, karantin günlərində yüklənmənin qarşısını almaq üçün videoların keyfiyyətini müvəqqəti olaraq məhdudlaşdırmalarını istəyib.