“YouTube” artıq uşaqlar üçün olan videoları qeydə almağı tələb edir

Date:

Paylaş:

“YouTube” administrasiyası ABŞ-ın Federal ticarət komissiyasının bu yaxınlarda platformada uşaqların gizlilik hüquqlarının pozulmasına görə tətbiq etdiyi cəriməyə münasibət bildirib. Artıq xidmətdə müəlliflər üçün yeni qaydalar tətbiq ediləcək. Belə ki, müəlliflər videolarnın uşaqlar üçün nəzərdə tutulub-tutulmadığını qabaqcadan göstərməlidirlər. Bunun üçün YouTube-da xüsusi quraşdırma yaradılıb.

Yeni qayda uşaqların internetdə gizlilik hüquqlarının qorunması ilə bağlı ABŞ qanununun tələblərinə cavab verməlidir. Bu qayda ilə, uşaqlar üçün video hazırlayanlar quraşdırmada bütün çarxlar üçün müvafiq kateqoriyanı qeyd etməlidirlər.

2020-ci ilin yanvarından YouTube uşaqlar üçün nəzərdə tutulmuş məzmunlar barədə məlumatların toplanmasına məhdudiyyət qoyacaq. Uşaqlar üçün olan çarxlarda fərdi reklamlar olmayacaq və həmçinin, rəylərlə bildirişlər kimi bəzi funksiyalar da işləməyəcək. Uşaqlar üçün olan materialların axtarışı üçün də  xidmət xüsusi alqoritmlərdən istifadə edəcək.

Əgər müəllif özü məzmunun kateqoriyasını göstərməsə və ya xidmət yalnışlıqlar aşkarlasa auditoriya kateqoriyası avtomatik müəyyən ediləcək. Bundan başqa, çarxların silinməsi və ya qeydiyyatın blok edilməsi kimi müəyyən hüquqi tədbirlər də görülə bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...