Dünyanın ən böyük video paylaşım platforması “YouTube” 170 milyon dollar cərimələnib.
Cərimə ABŞ-ın Federal Ticarət Komissiyası tərəfindən uşaqların şəxsi məlumatlarının qorunması qanununun pozulması ilə bağlı edilib. Belə ki, uşaqların şəxsi məlumatları valideynlərinin icazəsi olmadan toplanıb.
İddialara əsasən “YouTube” 18 yaşdan aşağı olan şəxslərdən topladığı məlumatlar əsasında onlara videodan əvvəl reklamlar göstərir ki, bu reklamlardan da qazanılan məbləğ onun ümumi gəlirlərinin 10%-ni təşkil edir.