Yol polisi “Instagram”a qoşuldu

Date:

Paylaş:

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, dövrün tələb və çağırışlarına hər zaman adekvat reaksiyası ilə seçilən Daxili İşlər Nazirliyində (DİN) də bu tendensiya nəzərdən qaçmayıb və artıq uzun müddətdir ki, əhalinin məlumatlandırılmasında məhz sosial şəbəkələrin imkanlarından geniş istifadə edilir.

Daim ölkə ictimaiyyətinin diqqət mərkəzində olan və fəaliyyəti sosial şəbəkələr üzərindən daha çox izlənilən DYP xidməti haqqında informasiyanın əhali tərəfindən daha əlçatan olması üçün DİN rəhbərliyi bu dəfə “dyp.polisazerbaycan” adlı “Instagram” səhifəsinin yaradılmasına göstəriş verib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istifadəsinə verilən “dyp.polisazerbaycan” “Instagram” səhifəsi artıq bu gündən etibarən fəaliyyətə başlayıb: “Hörmətli sosial şəbəkə istifadəçiləri. Böyük məmnunluq hissi ilə sizləri ölkəmizdə yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməsinə, yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə ictimaiyyətin daha geniş və çevik şəkildə məlumatlandırılmasına xidmət edəcək “dyp.polisazerbaycan” “Instagram” səhifəsini izləməyə və fəal iştirakçılığa dəvət edirik”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...