Yeyinti məhsulları ilə bağlı yeni dövlət rüsumu təsdiq olunub

Date:

Paylaş:

Azərbaycanda yeyinti məhsulları ilə bağlı yeni dövlət rüsumunun tətbiq olunması təklif edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Yeyinti məhsulları haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanunun 7-ci maddəsinə (Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı) təklif edilən bəndə əsasən, qida təhlükəsiziyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, çıxarışın dublikatının verilməsinə və reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq dəyişikliklərin edilməsinə) görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutululur.

“Baytarlıq haqqında” qanunun 39-cu maddəsinə (Baytarlığın maliyyə təminatı) təklif edilən dəyişikliyə əsasən isə baytarlıq şəhadətnaməsinin, sertifikatının, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ətin, heyvan və quş cəmdəklərinin üzərinə nişan qoyulmasına görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövət rüsumu tutulur.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...