Əsas səhifə Biznes Biznes ideyalar Yeyilən qablar

Yeyilən qablar

569
Paylaş

Son zamanlar dünyada yeni bir trend yaranıb – “yeməli qablar”. Yaponiyada, Belçikada, Hindistanda, Amerikada undan, şəkər tozundan, tərəvəz və meyvələrdən qab-qacaq dəstləri hazırlayırlar. Belə bir şeyi evdə də etmək olur.

Yatırım: 8000 azn-dən başlayaraq

Gəlir: ayda 54000 azn 

Los-Angelesdə restoranlardan birində müştərilərə şokolad və vaflidən hazırlanmış balaca fincanlarda qəhvə verirlər. Çexiyada karamel-şokolad fincanlarda, Avstriyada quru meyvələrdən hazırlanmış fincanlarda çay təklif olunur. Fransada isə pendirdən hazırlanan boşqabda şorba sifariş etmək olar.

Rusiyada bugün, dondurmalar üçün vaflidən hazırlanmış kiçik fincanlardan başqa, demək olar ki, heç bir “yeyilən” qab-qacaqdan istifadə olunmur. Amma onların bir çox müsbət cəhətləri var – dəbli və ekoloji, həmçinin, münasib və orijinaldırlar. Digər bir üstün keyfiyyətləri isə real olaraq ev şəraitində də hazırlana bilmələridir.

Belə qabların hazırlanmasına nədən başlamaq lazımdır

İstənilən biznesi yaxşı biznes planla başlamaq lazımdır. Amma bu biznesdə siz ilk öncə qabı nədən hazırlayacağınızı müəyyən etməlisiniz. Ən sadə variant çörəkdən boşqab hazırlamaqdır. Bundan başqa, qəhvə üçün şirin fincanlar və ya şəkərli siropdan badələr də düzəltmək olar. Düzdür, sonuncular üçün hazırlanması çətin olmayan silikon  formalar lazımdır.

Başlanğıc üçün biznesə nə qədər pul lazımdır

Bu istehsal üzrə xarici startapların işə 60 min dollarla başlamaqlarına baxmayaraq bizim ölkədə bu bir neçə 2800 azn-ə başa gələ bilər. Belə bir məbləğlə çörəkdən boşqablar və ya jeledən kiçik fincanlar hazırlamaq olar. İlkin kapitala ərazi icarəsi, sənədlərin rəsmiləşdirilməsi, avadanlıq və inqredientlərin alınması, personalın əmək haqqı daxildir.

Yeməli qablar istehsalına əldə hazırlandığı üçün real olaraq ev şəraitində də başlamaq olar. Məsələn, jeledən kiçik fincanlar hazırlamaq üçün jelatin, meyvə siropu və birdəfəlik istifadə fincanları lazımdır. Və burada əsas odur ki, məhsulunuzu satmaq üçün müştəri tapasınız. Bunu üçün yaxınlıqdakı restoran və ya kafe ilə danışıqlara cəhd edə bilərsiniz.

Nə qədər qazanmaq mümkündür

Gəliriniz biznesinizin nə dərəcədə tanınmasından və müştəri sayınızdan asılı olacaq. Balaca bir sexin açılışına orta hesabla 6700-8800 azn pul qoymaqla ildə 31900-39800 azn qazanc əldə etmək olar. Kapitalın geri qaytarılması isə 2 il yarım, 3 il çəkə bilər.

Avadanlıq

Avadanlıqların alışı hansı məhsulu istehsal edəcəyinizdən asılı olacaq.Əgər undan şirin fincanlar hazırlamaq fikrindəsinizsə eynilə şirniyyat sexi üçün lazım olan avadanlıqlar uyğundur. Jeledən olan fincanlar üçünsə tamam başqa avadanlıq lazımdır. Amma istehsala başlayan kimi, hansısa birinin üzərində dayanmaq lazımdır, sonra isə iş alınanda biznesi genişləndirmək olar.

Qeydiyyat

Qeydiyyat üçün ilk növbədə vergilərlə bağlı sənədlər paketi lazım olacaq. Fərdi sahibkar üçün: bildiriş, şəxsiyyət vəsiqəsinin surəti, dövlət rüsumu qəbzi. MMC üçün isə 270 azn-dən az olmayan nizamnamə kapitalı lazımdır. Ciddi bir biznes qurmaq fikrində olsanız hüquqşünasa da müraciət edə bilərsiniz. Bu biznesdə vergi dərəcəsi aşağıdır və hesabat aparmaq da asandır. Lisenziyaya ehtiyac olmaya da bilər. Evdə işləsəniz məhsulunuzu təqdim edəcəyiniz ictimai qida obyektləri ilə razılığa gəlməyiniz yaxşı olar.

Texnologiya

Yeyilən qabların istehsalı üçün tez-tez çoxlu reseptlər yaranır. İspaniyada, dizayner Andre Monier xəmirə bitki toxumları əlavə etmək qərarına gəlir, bu, qabı daha da cəlbeedici edir və tərkibi, həmçinin, qoxusu ilə bağlı eksperiment aparmağa imkan verir. Hindistanda isə suxaridən yemək dəstlərinin hazırlanması üçün yeni resept düşünülüb.

Amma daha sadə texnologiyalar da mövcuddur. Məsələn, şəkər siropundan hazırlanan qədəhləri nəinki sexdə, hətta evdə də istehsal etmək olar. Yeri gəlmişkən, ilk baxışdan onları əsllərindən fərqləndirmək çətin olur.

Yeyilən “şüşə”ni necə hazırlmaq olar?

Bunun üçün şəkər tozu, qlükoza-sirop, su və maya lazımdır.

Belə bir qab uşaq kafelərində, gecə klublarında və şənliklərdə istifadə üçün uyğundur. Reklam kampaniyası bu istehsala marağı olan insanları tapmaqda sizə kömək edə bilər. Bu biznes həmdə bir çox ölkələr üçün qlobal ekoloji problemə çevrilmiş plastik tullantılarla mübarizədə yaxşı vasitədir.