Fişinq Azərbaycanda kibercinayətkarlar tərəfindən kifayət qədər yayılmış bir hücum növüdür və istifadəçilərə hətta dostlar və tanışlar tərəfindən göndərən link və faylları açmazdan öncə daha diqqətli olmaları tövsiyə olunur. Bunu şirkətin baş direktoru Yevgeni Kasperski deyib.
Onun sözlərinə görə, internetin heç bir sərhədi olmadığı üçün ümumi kibertəhlükə mənzərəsi eynən Azərbaycana da aiddir: “Bu sahədə maynerlər əsas yer tutacağı ehtimal olunur. Bundan başqa, mobil zərərəvericilərin, eləcə də bank troyanlarının da sayı artacaq. Şifrələyicilərin sayı isə əksinə tədricən azalmağa doğru gedəcək”.
Şirkət rəhbərinin sözlərinə görə, kiçik, orta və böyük biznesin təhlükəsizliyində zəif bənd həmişə olduğu kimi insan faktorudur.