Əsas səhifə Biznes sahələri Texnologiya Yerli startapımız İsveçrədə 500 min dollar üçün yarışacaq

Yerli startapımız İsveçrədə 500 min dollar üçün yarışacaq

1370
Paylaş

Ötən il Bakıda Seedstars World yarışmasının yerli seçimləri keçirildi.

Belə ki, Azərbaycanda 11 startap arasından Kvotter layihəsi seçilərək İsveçrədə Azərbaycanı təmsil etmək hüquqi qazandı.

Xeberler.az-ın məlumatına görə, Kvotter komandası aprelin 6-da  baş tutacaq Seedstars World Summit-də iştirak etməyə hazılaşır.

Layihə komandasından verilən məlumata görə, Summit-dən əvvəl, aprelin 3 və 4 tarixlərində startaplar üçün təlimlər keçiriləcək.

Aprelin 5-də isə Seedstars World-ə seçilmiş bütün startaplar öz layihələrinin qısamüddətli təqdimatını edəcək. Bu mərhələdə 12 startap seçilərək finalda təqdimat etmək imkanı qazanacaq.

Aprelin 6-da keçiriləcək Seedstars World Summit-də 12 startapdan arasından qaliblər müəyyən ediləcək.

Qeyd edilib ki, qaliblər üçün bir neçə kateqoriya müəyyən edilib. Belə ki, 1-ci yeri 500 min ABŞ dolları mükafat gözləyir.

Bakıda növbəti dəfə azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri mayın 1-də ADA Universitetində keçiriləcək.