Yerli şirkət səhmlərini 3 dəfə baha dəyərlə geri alacaq

Date:

Paylaş:

“Zaqatala Məişət Tikinti” QSC qiymətli kağızlarını dövriyyədən çıxararaq ləğv edir.

Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsinin səbəbi qapalı səhmdar cəmiyyətinin yenidən təşkil edilərək məhdud məsuliyyətli cəmiyyətə çevrilməsidir.

Ləğv olunan qiymətli kağızlar dövlət qeydiyyat nömrəsi 576 olan sənədsiz, adi, adlı səhmlərdir. Belə ki, dövriyyədən nominal dəyəri 2 manat olan 24 428 səhm çıxarılacaq. Qiymətli kağızların geri satın alınmasının başlanma və başa çatma tarixi 2019-cu il sentyabrın 30-dan oktyabrın 20-dəkdir. Qiymətli kağızların geri satın alınmasının şərtləri (qiymətli kağızların geri satın alınma dəyərinin ödənilməsi qaydası və sair ) yeni yaradılan məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaq istəyən səhmdarlara məxsus müvafiq qaydada paylara çevrilmiş 23961 ədəd səhmin və yerdə qalan 467 ədəd səhmin qiymətləndiricinin hesabatına əsasən 1 səhm 6.95 manat olmaqla müəyyən dəyəri onların sahibi olan səhmdarların müraciətlərinə əsasən nağd şəkildə və yaxud göstərdikləri bank hesabına köçürülməklə ləğvetmə komissiyası tərəfindən ödəniləcək. Qiymətli kağızların geri satın alınmasının başlanma və başaçatma tarixləri arasında müraciət etməyən səhmdarlar malik olduqları səhmlərə uyğun ləğvetmə payını QSC-nin hüquqi varisi olan MMC-yə müraciət etməklə ala bilərlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...