Yerli şirkət KOBİA-nın dəstəyi ilə əl dezinfeksiya edici vasitə istehsalına başladı

Date:

Paylaş:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən əl dezinfeksiyaedici vasitə istehsalına dəstək göstərilib.

Bu barədə quruma istinadən xəbər verilir.

Məlumata görə, yerli “Laric Chemical” şirkəti tərəfindən istehsal olunan əl dezinfeksiya edici vasitə hazırda istehlakçılara, idarə və müəssisələrə 1 və 5 litrlik qablarda təqdim olunur. Hazırda müəssisə tərəfindən bu məhsulun 400 və 500 ml qablarda qablaşdırılması, eləcə də dezinfeksiyaedici gelin istehsalı istiqamətində iş aparılır.

“Laric Chemical” şirkəti 2017-ci ildən yuyucu və təmizləyici məhsulların istehsalı ilə məşğul olur.

KOBİA koronavirus pandemiyası ilə bağlı əhalinin tibbi spirtə, əl dezinfeksiya edici vasitələrə olan təlabatının daha dolğun ödənilməsi üçün sahibkarlıq subyektlərinin bu istiqamətdə təşəbbüslərini dəstəkləyir və səlahiyyətləri çərçivəsində belə məhsullar istehsal etmək istəyən sahibkarlara dəstək göstərir.

©Report

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...