Əsas səhifə Bizimkilər Yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək

Yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək

61
Paylaş
20-22 fevral tarixlərində Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər)Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” və “Marsol” MMC-nin birgətəşkilatçılığı ilə keçiriləcək sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil,inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsulvə xidmətlər təqdim olunacaq. Ümumilikdə, sərgidə 150-ə yaxın şirkətin iştirakı
nəzərdə tutulur.
Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması,bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Sərgidə təmsil olunmaq istəyən sahibkarlar “Marsol” MMC-yə (əlaqələndiricişəxs Fərid Rəcəbli, 050 228 64 31, www.partners.az) müraciət edə bilərlər.
Az1069, Bakı, Atatürk pr.,134
Tel:(+994 12) 404 04
01
E-mail:
info@ smb.gov.az
www.smb.gov.az