Avstraliyalı milyarder, “Atlassian” İT-şirkətinin təsisçisi Mike Cannon-Brookes yanğnlardan zərər çəkmiş bölgələrin elektriklə təchizatının bərpasına yardım edib. Bunun üçün günəş panellərindən və Tesla batareyalarından istifadə edib. Bu barədə Fast Company xəbər verir.
Resilient Energy Collective adlı layihə 5G və Tesla günəş panellərinin istehsalçıları ilə birgə həyata keçirilib. Onlar batareyalar buraxırlar. Business Insider qeyd edir ki, elektrik enerjisi hələ ki, rabitə xətlərinin bərpa edilmədiyi ərazilərə veriləcək.
Mike Cannon-Brookes öz həyat yoldaşı ilə birlikdə 12 mln. dollar ianə edib. O, bildirib ki, günəş panelləri və batareyaları elektrik enerjisi olmayan bölgələr üçün problemin ən yaxşı həll yoludur. Belə ki, onları yerləşdirmək və daşımaq mümkündür.
Layihə iştirakçıları yanğınlardan daha çox ziyan çəkmiş ştatları elektrik enerjisi ilə təmin edirlər. Üç həftə ərzində onlar artıq həmin qəza bölgələrində elektrik enerjisinin bərpa edilməsinə nail olublar.
100 gün ərzində ehtiyac olarsa, layihə iştirakçıları daha 100 şəhəri elektrik enerjisi ilə təchiz edəcəklər.