Yerli istehsal olan geyimlər azalıb – Xaricdən idxal isə əksinə

Date:

Paylaş:

2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Respublikası ərazisində istehsal olunan üst geyim istehsalı 289,2 min ədəd (illik 16% azalma), alt geyim istehsalı 500,2 min ədəd ( 3,7% azalma), corab istehsalı 2 milyon 475 min ədəd ( 23,3% artım) və 148,1 min cüt ayaqqabı (28,5% azalma) istehsal edilib.

Bizplus.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edək ki, yerli istesaldan fərqli olaraq əhali daha çox xaricdən geyim istehlakına üstünlük verib. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2019-cu ilin yanvar-oktyabr ayları ərzində  ölkəyə $234,68 milyonluq geyim əşyaları və geyim üçün ləvazimatlar gətirilib. Bu öncəki ildəki rəqəmləri xeyli üstələyir.

Məhsul növləri 2019-cu ilin yanvar-oktyabr aylarında istehsal edilmişdir Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
Geyim istehsalı
Üst geyim, min ədəd 289,2 80,4
Alt geyim, min ədəd 500,3 96,3
Digər trikotaj məmulatları, min ədəd 36,5 134,0
Corab məmulatları, min cüt 2475,0 123,3
Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri, min ədəd 493,1 183,8
Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat penсəkləri və bleyzerləri, ədəd 2460 1,2
Qadın və ya qızlar üçün kostyum və komplektlər, ədəd 1669,3 53,3
Dəri və dəridən məmulatlar, ayaqqabılar
Dəri, min kv.m 46,1 99,6
Aşılanmış xəz dərilər, min kv.m 48,6 43,0
Ayaqqabı, min cüt 148,1 71,5

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...