Əsas səhifə Biznes Biznes ideyalar Yeniyetmə sahibkarlar: öz biznesini qurmuş 10 super-uşaq

Yeniyetmə sahibkarlar: öz biznesini qurmuş 10 super-uşaq

327
Paylaş

Uşaq yaşlarında da biznes qurmaq mümkündür. Bunun üçün sadəcə istəmək və bir qədər fərqli düşüncəyə sahib olmaq kifayətdir. Bu yazıda çox gənc olmalarına rəğmən uğurlu biznes-brendlər yaratmağa nail olmuş 10 uşaqla tanış olacağıq:

Taylor Rosenthal: RecMed biznesi

Beysbol həvəskarı olan 15 yaşlı Taylor-un oyun zamanı ağlına əla bir biznes-ideya gəlir. O, ilkin tibbi yardım göstərmək üçün vəsaitlər satışı üzrə avtomat düzəldir. Bu icadı hazır ilkin tibbi yardım dəstini və ya bint, birdəfəlik istifadə əlcəkləri, salfetkalar  və başqa bu kimi ayrıca məhsulları təqdim edirdi. Brendin adı isə RecMed idi. 2016-cı ildə Taylor bu ixtirasını dünyaya çıxarır və 100 min dollar investisiya əldə edir. Ona bu layihəyə patentliyi 30 milyon dollara satmaq təklifi gəlir, lakin gənc razı olmayıb imtina edir.

Alina Morse: Zollipops biznesi

Uşaqlıqda Alinanın vlideynləri dişə ziyanlı olduğu üçün çoxlu konfet yeməyi ona qadağan edirlər. Buna görə də o, faydalı konfetlər hazırlamaq qərarına gəlir. 9 yaşında öz mətbəxlərində sınaqlara başlayır, bir müddət sonra  stomatoloqu və qida mütəxəssisi ilə birlikdə şirniyyatlar üçün xeyirli inqredientlər ərsəyə gətirir. Onların tərkibində şəkər olmur, dişlərdəki bakteriya və ləkələri azaldır. 13 yaşından Morse 6 milyon dollarlıq “Zolli Candy” konfet şirkətinin baş direktoru olur.

Noa Mintz: Nannies by Noa biznesi

12 yaşında qətiyyətli Noa startap yaradır. O, kiçik bir dayə şirkətinin əsasını qoyur. Orada rəqfiqələri işləyir. Şöhrəti artan təşkilat inkişaf edir və artıq ştatında 25 dayə  və 50 əlavə işçi var. Qızcığaz ildə bu biznesindən 500 min dollar qazanır.

Mikaila Ulmer: Me & Bees Lemonade biznesi

Arılara marağı olan 5 yaşlı Mikaila onların sayının azalmasının bəşəriyyəti məhv olmaq təhlükəsi qarşısında qoyduğunu görür. Ona görə də, bu həşəratlara kömək etmək qərarına gəlir. 11 yaşında kətan toxumu, nanə və baldan orqanik limonad brendi hazırlayır və bu yerli istehsalı  amerikan bazarını fəth edir. Faydalı “Me & the Bees” içkisinin hər şüşəsinin satışından arıçılara dəstək fonduna pul vəsaiti köçürülür.

Moziah “Mo” Bridges: Mo’s Bows biznesi

15 yaşlı gəncin fabrika qalstukları heç xoşuna gəlmirdi. Ona görə də nənəsinin köməyi ilə özü qalstuk tikməyi öyrənir. Bugün onun Mo’s Bows firması əl işlərini sevənlərə rəngarəng dizaynlı qalstuklar və əl işlərindən ibarət kişi aksesuarları təqdim edir. Bu vaxta qədər Moziah öz əl işlərindən 300 min dollar qazanıb.

Ben Pasternak: Impossible Rush və Flogg biznesi

Avstraliyadan olan 17 yaşlı yeniyetmə İnformasiya Texnologiyaları sahəsində 2 milyon dollara yaxın pul qazanır. Onun yaratdığı Impossible Rush oyunu “gamer”lərin qəlbini fəth edir. Onu 1,3 milyondan çox adam oynayır. Ben, fəaliyyətini kompüter işləri sahəsində davam etdirir. O, Flogg adlı tətbiq hazırlayır. Bu tətbiq yeniyetmələr üçün lazımsız əşyalarını satmaq imkanı yaradır və eBay və Tinder-i də özündə birləşdirir. Öz sosial şəbəkələrində şəkil yüklənməsi və əşya alış-verişi asanlaşır.

Bella Tipping: Kidzcationz biznesi

Bir dəfə Bella valideynləri ilə səyahətə çıxır. Oradan çoxlu təəssüratlarla qayıdır və onları bölüşmək istəyir. Yaşı çatsa da  TripAdvisor-da onu qeydiyyatdan keçirmirlər. Amma 13 yaşlı Bella yaşını saxtalaşdırmır. O, səyahətçilərin rəylərindən ibarət bir Kidzcationz veb-saytını yaradır. Burada həddi-büluq yaşına çatmayanlar bir-birlərinə məlumatlar ötürə, söhbət edə və xaricdən xidməti qiymətləndirə bilirlər.

Mira Modi: Diceware biznesi

Nyu-Yorkdan olan 6-cı sinif şagirdi Mira parollardan qazanır. Belə ki, qız, cəmi 2 dollara sadə və təhlükəsiz parollar təklif edən xidmət yaradır. Bu işi, sınanmış Diceware metodologiyasına əsaslanır – bu sistem beş dəfə zər atır. Rəqəmlərə əsasən xüsusi yoplanmış sözlər seçilir, sonra asanlıqla yadda qalan amma ehtimal edilməsi çətin olan parol qurulur. Hazır parollar istifadəçinin  poçt qutusuna məktubla gəlir və əməkdaşların isə zərfi icazəsiz açmaq hüquqları yoxdur.

Benjamin KickzChoppa: Sneakerdon.com biznesi

Qeyri-adi məşğuliyyəti nadir LeBron X MVP krassovkalarını 400 dollara alıb 4 minə satması ilə başlayır. İşinin uğurlu olacağını dərhal ehtimal edən 16 gənc Sneakerdon.com xidmətini işə salır. Burada eksklüziv və elit idman ayaqqabıları modellərinin satışı həyata keçirilir. Belə ki, Benjamin həmin ayaqqabıları alıb onların pərəstişkarlarına satmağa başlayır. Tezliklə bu ayaqqabılar səhnə ulduzlarının da diqqətini çəkir. DJ Khaled-lə tanışlığı və Snapchat-da klipə çəkilməsi sayəsində Benjamin şou-biznesdə məhşurlaşır. Artıq tanınmış repçilərin şirkətində vaxtını keçirir, İnstagram hesabı isə dəbdəbəli  (“luxury”) həyat tərzini əks etdirir.

Andrey Ternovskiy: ChatRoulette biznesi

Moskvadan olan 17 yaşlı məktəbli 10 milyonlarla dollar qiymətində məhsul yaradır. O, proqramlaşdırma ilə maraqlanırdı. Elmi öyrənən Andrey təsadüfi həmsöhbət təklif edən ChatRoulette videoçatını yaradır. İxtiraçı Skype-dan ilhamlanmışdı. İlk 6 ayda xidmətdə yarım milyondan çox istifadəçi qeydiyyatdan keçir. Skype, Google və digər iri səhmdarlar onun layihəsini almaq istəyiblər.