Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Yeniyetmə bankı yararaq “Uber” skuterində qaçdı

Yeniyetmə bankı yararaq “Uber” skuterində qaçdı

195
Paylaş

ABŞ-da bankı qarət edən gənc, hadisə yerindən “Uber” skuterində qaçıb.

“Austin American-Statesman” qəzetinin məlumatına görə, Texas ştatının 19 yaşlı sakini “BBVA Compass” bankında kassirə təhdid dolu məktubu verərək pul tələb edib.

Pulları aldıqdan sonra isə hadisə yerindən qaçıb. Polis əməkdaşları hadisə yerində quraşdırılmış müşahidə kamerasının görüntülərini izləyiblər. Videoda təsvir edilən qarətçiyə bənzər bir şəxsin Jump (“Uber”ə məxsus elektrik velosiped və skuterlərin kirayəsi stratapı) skuterində getdiyi qeyd edilib.

Polis əməkdaşlarının “Uber”ə ünvanladıqları skuterlərin icarəsinə dair sorğusuna gələn cavab nəticəsində bu vasitəni öz sənədləri üzrə kirayə götürən 19 yaşlı Luka Manciranonun telefon nömrəsi və ünvanı ifşa edilib.

Nəşr Manciranonun müşahidə kameralarının görüntülərində olan şəxsə çox bənzədiyini, eləcə də qarət zamanı onun telefonunun bankın yerləşdiyi ərazidə olduğunu iddia edir.

“Uber”in nümayəndələri Ostin polisinə fəaliyyətləri üçün təşəkkür edərək, cinayətlərin açılması üçün əməkdaşlığa hazır olduqlarını bildiriblər.