Əsas səhifə Biznes Biznes ideyalar Yeni trend: butulkalarda yumurta

Yeni trend: butulkalarda yumurta

102

Belə baxsaq, butulkalarda toyuq yumurtası satmaq ideyası bir o qədər də yeni deyil. Bir neçə il bundan əvvəl Avropa supermarketlərinin piştaxtalarında yumurta sarısı ilə ağının qarışığı, həmçinin də ayrıca yumurta ağı olan butulkalara rast gəlmək mümkün idi.

Bunu yemək bişirməyi asanlaşdırmaq və yağ istifadəsinə məhdudiyyət qoymaq istəyən insanlar üçün hazırlayıblar. Axı yumurta sarısında yağ çox olur. Lakin, demək olar ki, bu məhsul populyarlöq qazanmadı və onun istehsalını dayandırdılar.

Bugün istehsalçılar bizə butulkalarda yumurta təklif edirlər. Düzdür, təbii olanı yoxdur. Taranın tərkibində bitki xammalı var və ondan omlet hazırlamaq olar.

Bu məhsulu quru fasulyədən hazırlayırlar. Bundan başqa ona kolza yağı və ədviyyatlar da əlavə edirlər. Belə pəhriz yumurtaları şəkərli diabetdən əziyyət çəkən insanlar üçün faydalıdır. Bu məhsuldan həm də uşaq qidaları da hazırlamaq olar, çunki onlar hipoallergikdirlər.

Bəs təbii yumurtanın bu bitki tərkibli yumurtadan əsas fərqi nədir? Süni yumurtaların kalorisi azdır və onlarda A vitamini ilə zülallar yoxdur. Bir çox qida mütəxəssisləri qeyd edirlər ki, bu qablaşdırılmış yumurtalarda orqanizm üçün faydasız olan çoxlu natrium var.

Tərkibində hətta az miqdarda istifadə edildiyi halda belə ziyanlı olan pirofosfatlar var. Belə olduğu halda ekspertlər uşaqların qida rasionunda ondan istifadə etməzdən əvvəl dərindən düşünməyi məsləhət görürlər. Ən yaxşısı elə həmişə olduğu kimi təbii toyuq yumurtasından istifadə etməkdir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here