Əsas səhifə Startup Yeni startup: San-Fransiskoda samokat icarəsi xidməti olan Skip

Yeni startup: San-Fransiskoda samokat icarəsi xidməti olan Skip

66

Samokat icarəsi xidməti, hələ ki velosiped icarəsi xidmətinin inkişaf yolunu təkrar edir. Xatırladaq ki, velosiped icarəsi sahəsində Bird və Lime xidmətləri liderlik edirlər.

Yeni yaradılmış Skip xidmətində qeyri-adi heç nə yoxdur, hər şey tamamilə identikdir. İstifadəçi uğrunda mübarizə lokal olaraq samokatların sayı (1 m2) və aşağı qiymət hesabına aparılır. Qlobal səviyyədə isə xidmətin yeni şəhərlərdə inkişaf etdirilməsi planlaşdırılır (Mobike və Ofo kimi).

Qeyd edək ki, velosiped icarəsi xidmətində bu strategiya fəlakətə gətirib çıxarıb. Aşağıda verilmiş şəkildə bu aydın olaraq görünür.

İcra hakimiyyəti bütün bunlardan məmnun deyil. Belə ki, reallıqda “maşınla keçməli deyil” problemi ilə yanaşı “piyada keçməli deyil” problemi yaranıb.

Şəhər administrasiyası qeyd edib ki, samokatların sayı ciddi şəkildə məhdudlaşdırılacaq.

Konkursda iki şirkət qalib gəlmişdir: Scoot və Skip, onlara 500 samokat indi və 2000 sonra buraxmaq icazəsi verilmişdir. Təbii ki, bu çox azdır. Hesablamalar aparsaq, təxminən altı evə bir samokat düşür.

Seçim kriteriyaları haqqında açıq məlumat yoxdur. Ehtimal olunur ki, bu iki qalib olması şirkətin şəhərin səlahiyyətlilərinə daha çox sərf edib.

Skip ümumilikdə 31 milyon dollar sərmayə cəlb edə bilmişdir. Samokatlar ətrafında yaranmış təşvişə görə, bu, çox azdır.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here